14 Noyabr 2016 14:36
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin kadrarxası görüntülərinin yayılmasına verilişdə ekpert qismində iştirak edən qonaqlar münasibət bildiriblər.

Millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında Xoşqədəm Hidayətqızını müdafiə edib: “Mənim qənaətim ondan ibarətdir ki, baş verənlər televiziyanın mətbəx məsələləridir. O, rejissor texnologiyası, televiziya verilişi hazırlama metodikasıdır. Kimin nə cür istifadə etməsi artıq öz işidir. Bu məsələni televiziyanın mətbəxi hesab edirəm. Xoşqədəm Hidayətqızı tanımış və istedadlı telejurnalistdir. O, öz təşəbbüsü ilə çox maraqlı və çox auditoriyalı layihə yarada bildi. Bu müddət ərzində neçə-neçə ailəni bir-birinə qovuşdurdu. İnsanlara öz yaxınlarını tapmaq üçün yeni imkan yaratdı. Bu gün baxımlı, reytinqli verilişlərdən birinin aparıcısıdır. Ümumi götürdükdə Xoşqədəm xanım Azərbaycan mətbuatında tanınmış və qabiliyyətli jurnalistlərdən biridir. Videoya gəlincə isə onların nə səbəbdən və necə baş verməsi məsələsinə Xoşqədəm xanımın özü daha yaxşı cavab verə bilər”.

Tibb elmləri namizədi Rəşid Mahmudov isə videonun qara piar olaraq yayıldığını deyib: “Xoşqədəm Hidayətqızı fəxri ad alıb deyə onu qaralamaq istəyirlər. O, qoçaq qadındır. Qoçaqlığına görə xətrini çox istəyirəm. Onu ən çox tənqid edən də mən olmuşam. Verilişinin üç illiyində bütün millət vəkilləri onu təriflədi, amma mən tənqid etdim. Belə kadrları paylaşmaq yaxşı deyil. Ayıbdır, qadınla intriqaya girmək olmaz”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər