Fransanın “Loire Vadisi” gözəli Margaux Legrand “Miss Fransa” gözəllik yarışmasından uzaqlaşdırılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Margaux Legrand çılpaq fotolarının yayılmasına görə “Miss Fransa” gözəllik yarışmasından kənarlaşdırılıb. “Loire Vadisi” tacı əlindən alınan model ona edilən hərəkəti təxribat kimi dəyərləndirib: “Yarışmanın münsif heyətinə çılpaq fotolarımı göndəriblər. Bu fotolar şəxsidir. Müsabiqəyə qatılmadan öncə çəkilib. Tacımın əlimdən alınması haqsızlıqdır. Bu, mənə qarşı sui-qəsddir”.
Aylin