23 Noyabr 2016 12:25
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur Mirkelam müğənni-bəstəkar Murad Arifin oxuduğu “Tavla” mahnısına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, Mirkelam mahnını Tviter və İnstaqram profilində paylaşaraq onun ünvanına təriflər yağdırıb və təşəkkür edib.

M.Arif Mirkelamın paylaşımı haqda bunları deyib: “Mirkelam 1995-ci ildən bəri sevdiyim, izlədiyim, təqib etdiyim, hətda bənzəmək istədiyim sənətçidir. “Tavla”nı mənim ifamda sevdiyini bilirdim. İndi isə bütün Türkiyə və Azərbaycan bunu bildi. Çox sevinirəm, çünki Mirkelam mənim üçün bir keyfiyyət nişanıdır. Mahnılarımdan istədiyinə müraciət edə bilər. Özünə də demişəm... Mahnı yazarkən onlardan ilhamlanmışıq. Nə xoş ki, belə adamlar bizdən danışır”.

M.Arif Mirkelamın daha bir mahnısını hazırlayacağını söyləyib: "Onun rəsmi icazəsi ilə daha bir mahnısını oxuyacan. Bəlkə də bu əməkdaşlığın davamında "Mirkelam+Murad Arif" konserti də oldu".

Qeyd edək ki, M.Arif açıqlamasında “Tavla”nı oxumaq üçün müəllifdən icazə aldığını bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər