25 Noyabr 2016 12:27
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sərdar Ortaçla həyat yoldaşı Kloenin münasibətləri gərginləşib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Kloeni geri gətirmək üçün Miamiya gedən Sərdar Ortaç geriyə tək qayıdıb.

Hər şey Kloenin Amerikada yaşamağa qərar verməsiylə başlayıb. Amerikadakı bir agentliklə müqavilə bağlayan Kloe işiylə bağlı Miamidə yaşamağa üstünlük verib. Ötən günlərdə Kloenin ardınca Miamiyə gedən müğənni həyat yoldaşını geri dönməyə razı sala bilməyib. Əsəbləşən Sərdar Türkiyəyə dönməyə qərar verib.

Kloenin bu hərəkətini özünə qarşı hörmətsizlik kimi dəyərləndirən müğənni yaxın ətrafına boşanmaq istədiyini açıqlayıb.

46 yaşlı Sərdar Ortaçla 24 yaşlı Kloe 2014-cü ildə təmtəraqlı toy mərasimi ilə ailə qurmuşdular.

Pərvin


Müəllif:

Oxşar xəbərlər