Müğənni Manaf Ağayev atası haqda maraqlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Manaf Ağayev “Hər şey daxil” verilişində atasının həyat yolaşına elçi getməsindən danışıb: “Həyat yoldaşımla bir-birimizi dəlicəsinə sevirdik. “Leyli və Məcnun” sevgisi bizim yanımızda yalan olub. Əsgərlikdən bir çamadanla gəlmişdim. İki-üç dəfə elçi getdik. Aranı qatanlar var idi. Bakıya da birlikdə gəlib-gedirdik. Nişan zamanı arada çaxnaşma oldu. Allah ölənlərə rəhmət eləsin, atam kənddə çox sayılıb-seçilirdi. Özü kimi üç-dörd ağsaqqalla elçi getdi. Atama dedilər yenə gəlin. Ondan sonra mənə dedi "onunla evlənmə demirəm". Amma məni bir daha o qapıya göndərsən, kişi deyilsən. Yəni qızı qaçır. O da mənim kimi bicbala idi. Səhər saat 9-da həyat yoldaşımı qaçırdım. Bu gün çox xoşbəxtik”.
Aylin