Şoumen Kamran Həsənlinin vəkili Türkel Süleymanlı Samir Piriyevin vəkilinin ittihamlarına cavab verib.
Türkel Süleymanlı Teleqraf.com-a açıqlamasında istintaqın yubanmasında Kamran Həsənlinin günahının olmadığını deyib: “Kamran Həsənli heç bir qanun pozuntusu etməyib. Sadəcə, biznes mübahisəsidir. Belə işlər bütün dünyada mülki qaydada həll olunur. Onlar əvvəllər istintaqa yanlış məlumat veriblər. Sonra istintaq gördü ki, Kamran Həsənli ilə bağlı problem yoxdur. Bütün sənədlər istintaqa təqdim edilib.
Yalandan demişdilər ki, Türkiyədə elə bir obyekt yoxdur. Sonra Samirin özü də etiraf etdi ki, dəfələrlə orada olub, obyekti görüb. Biznesdə hamı iflas edə bilər. Onlar gündəmdə qalmaq üçün iki aydan bir yalan məlumatlar verirlər”.
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib.
Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
Rəqsanə