13 Yanvar 2017 11:49
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda “Şadan" qrupunun rəhbəri İntizar Məmmədova və Ramal İsrafilova qarşı soyğunçuluq hadisəsi baş verməsi haqqında xəbərlər yayılıb.

Belə ki, naməlum şəxslərin Ramal İsrafilov və İntizar Məmmədovun qarşısını kəsərək hədə-qorxu gəldiyi və pul tələb etdiyi bildirilib.

Teleqraf.com məsələ ilə bağlı İntizar Məmmədovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan xəbərləri təkzib edib: “Yayılan xəbərlər şayiədir. Həmin gün, o hadisədən iki-üç gün öncə toyumuz olmayıb. Ondan bir gün əvvəl 5/5 verilişində qonaq olmuşuq. Dediyim kimi, elə bir hadisə baş verməyib. Ramalla əlaqə saxlamağa çalışırıq ki, belə bir hadisə baş verib, ya yox. Bunun yayılmasının səbəbini başa düşə bilmirəm. Hazırda onu araşdırırıq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər