Bir müddət əvvəl nişanlısından ayrılan müğənni Vüqar Muradov özünə yeni sevgili tapıb.
Teleqraf.com xəbər verir ki, Vüqar Muradov "Yenidən nişanlınızla barışmaq ehtimalı varmı?" sualına "yox" cavabı verib: "Evlənmək qismətlə bağlıdır. Evlənəcəyim xanımda zahiri görünüşlə yanaşı, daxili gözəlliyə də üstünlük verəcəm. Həmişə gözəllik axtarışında olmuşam. 33 yaşıma qədər ancaq zahiri gözəllik axtarmışam. Şükür, həyatımda boşluq yoxdur. Həyatımda bir insan var. O xanım Azərbaycanda yaşamır”.
Rəqsanə