18 Yanvar 2017 15:00
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serdar Ortaç Uludağda təşkil edilən “Selfy Whitefest -2017” gənclik festivalında səhnəyə çıxıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə 1994-ci ildən etibarən səsləndirdiyi mahnıları söyləyən müğənni konsertdən öncə jurnalistlərin suallarına cavab verib. Ortaç evlilikdə yaş fərqindən də bəhs edib: "Məncə, yaş fərqi əhəmiyyətli deyil. Eşqin yaşı olmaz. Kişinin yaşının böyük olması normal qarşılansa da, qadında tam fərqlidir. Aralarında 40 yaş fərq olanlar belə var. Dünya nümunələri arasında ABŞ-ın yeni prezidenti Donald Trampın belə gənc arvadı var. Mən də Xloya-nı sevdim, evləndim. Tramp belə sevmiş, evlənmiş. Doğrudur, bir şey demək istəmirəm. Könül istər ki, 3- 5 yaş fərq olsun, eyni anda aşiq olsunlar, evlənsinlər”.

Serdar Ortaç "Nə zaman ata olacaqsınız?" sualına isə "Qismət”cavabını verməklə kifayətlənib.


Müəllif:

Oxşar xəbərlər