Aparıcı Nurlana Cəfərova ATV-dən getdi.
Axşam.az-ın məlumatına görə, o bundan sonra AzTV-də çalışacaq.
N.Cəfərova əməkdaşımızla söhbətində bildirib ki, yeni verilişi AzTV-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalında efirə gedəcək: “Görüş yeri” adlanan proqram yanvarın 23-dən etibarən həftədə beş gün saat 15:00-da efirə gedəcək. 11 ildir ATV-də çalışıram. Artıq inkişaf etməyin vaxtıdır. Dövlət kanalından təklif gəldi, mən də razılaşdım. 3,5 il 106 FM-də direktor vəzifəsində işlədim. Son vaxtlar direktorluqdan uzaqlaşdım, radio aparıcısı kimi çalışırdım. Artıq radio ilə də yollarımı ayırdım".