Bu gün Azərbaycanın unudulmaz sənətkarı Şövkət Ələkbərovanın anım günüdür.
Teleqraf.com xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova müəlliməsini belə anıb: “6 fevral dahi sənətkarımız Şövkət xanım Ələkbərovanın anım günüdür. 1993-cü il fevral ayının bu günü məni çox üzdü. O gün… Anamı itirdim, ustadımı, dərdimin dərmanını itirdim. Əsl sənətkarı itirdik. Görəsən, necə yaşayır o dünyada bizsiz, darıxırmı Bəşir üçün? Bəşir onun üçün çox darıxır. Bəlkə də, dünyanı bağışlayar onu geri gətirənə. Hər gün gedərəm onun yanına, qulluğunda duraram. Kaş yenidən dünyaya gələrdim, təkrar sənətə gələrdim müəlliməm də sağ olardı.
Dəfələrlə yuxuda görmüşəm, uşaq kimi sevinmişəm, yanında qalıb əllərini buraxmaq istəməmişəm. Amma icazə verməyib. Deyib get qızım, sonra gələrsən.
Görəsən, o sonra nə vaxtdır Şövkət xanım?!”
Pərvin