Məşhur Hollivud aktrisası Ancelina Coli rejissoru olduğu “Öncə atamı öldürdülər” filminin qala-gecəsi üçün Kambocaya gedib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Ancelina Coli həyat yoldaşı Bred Pittdən ayrıldıqdan sonra ilk dəfə beş uşağı ilə birlikdə görüntülənib. O, övladlığa götürdüyü oğlu Maddoxun ana vətəni Kambocaya ziyarəti haqqında bu sözləri deyib: “Oğlumun öz köklərini daha yaxşı tanımasını istəyirəm”.
Təqdimatda Colinin qızı Şilohun oğlan geyimi diqqət çəkib. Bununla onun öz cinsiyyətini dəyişdirdiyi iddiaları gündəmə gəlib.
Aktrisa jurnalistlərə açıqlamasında qızının oğlan kimi davrandığını və oğlan olmaq istədiyini söyləyib.
Rəqsanə