18 İyul 2014 18:39
4 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afaq Aslanla Günel Məhərrəmova arasındakı qalmaqalı daha da şiddətlənir.

Bu dəfə Afaq Aslan Günelin son sözlərinə Tabloid.az vasitəsilə cavab verib. O, G.Məhərrəmlini əxlaq ölçülərini keçməkdə günahlandırıb:

“O qadın bütün əxlaq ölçülərini keçib. Anlayıram ki, söz danışa bilən adamlara deyilir. Onun kimilərinə cavab verdikcə, adam özü də səviyyədən düşə bilər. Günel əsl artistdır və ikiüzlü adamdır. Həyasızcasına adamın üzünə durur. Onun tərbiyəsiz ifadələrini mənə gələn mesajı oxuduqca, anlayıram ki, bu cür qadınlardan uzaq durmaq lazımdır.

Günelə son cavabımı verirəm. Bundan sonra məni milçək adlandıran o böcəyə cavab verməyəcəyəm. Xarici pasportumu yoxlaya bilər, ömründə bir dəfə də Dubayda olmamışam. Təbii ki, toyundan bir gün sonra şeyxləri ziyarətə gedən Günel Məhərrəmovanın Dubay qiymətlərindən xəbəri olar. Mənim haqqımda “müğənni adına ləkədir” deyir. Əgər belədirsə, o da qadın adına ləkədir. “Ailəliyəm” deyir. Görəsən, mənim sevgilimin yatağında nə gəzir!? Haradadır onun əri? Gəlib bir sual versin Günelə. Ürəyim bulanır artıq bu söhbətdən. Mənim dodağım silikon ola bilər. Amma çıxartdığı sözə fikir verir. Onun təbii dodaqları isə başqa işlərlə məşğuldur. Allahın ona yazığı gəlsin!”.

Qeyd edək ki, bir neçə günüdür Afaq Aslanla Günel Məhərrəmli arasında qalmaqal yaşanır.

Qalmaqala səbəb Afaqın Günelə qarşı “zövqsüz müğənni”, “artıq çəkili” və “qabyuyan işləsin” kimi ifadələr işlətməsi olub.

Qarşı tərəfə cavab verən Günelin söylədikləri isə söz davasının daha da kəskin forma almasına rəvac verib. Günel hətta Afaqı “iyrənc milçək” adlandırıb.


Müəllif:

Oxşar xəbərlər