Teleqraf.com-un məlumatına görə, bu sözləri müğənni Damla özü haqqında mediada çıxan xəbərlərə cavab olaraq yazıb.
O, bütün yazılanları “ağ yalan” adlandırıb:
“Bu ağ yalanlardan nə zaman doyacaqsınız? Mən qazandığımı sizəmi verməliyəm? Kasıbına əl tutanda, xəstəyə kömək edəndə, yetimin toyunu 1 qəpiksiz oxuyanda yaxşı oluruq, halal pul qazananda pis? Kim arada oyun çıxarıb, kim kimdən pul alıb adımızdan istifadə edib, arada pul yeyibsə, o nə mənim, nə də komandamın günahıdır. Bunu ona görə edirsiniz ki, daha məni məclislərə çağırmasınlar. Amma Allah ədalətlidir, o, hər şeyi bilir. Onun yazdığı ruzini ondan başqa kimsə ala bilməz!”
Qeyd edək ki, dünən bəzi xəbər saytlarında Damlanın Elbrus Nurullayev adlı toy sahibindən 600 manat məbləğində beh alıb sonra toya gəlmədiyi barədə xəbər yayılmışdı.