Teleqraf.com xəbər verir ki, bu sözləri rejissor Kənan M.M yenicə tanınmağa başlayan reper Elmin haqda deyib.
Sosial şəbəkədə Elminin rep musiqilərini paylaşan rejissor onu Hüseyn Dəryadan sonra dəstəklədiyi ikinci repçi adlandırıb:
“Allah sənə elə bir istedad verib ki, qulağı bədbəxtlər onu hiss eləməz. Amma inanıram ki, bir gün hamı sahib və layiq olduğu yerdə olacaq. Heç vaxt heç nəyi bu qədər paylaşmamışdım, hətta öz filmlərimi belə!”