Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova Azərbaycanda aparıcı kimi fəaliyyətə başlayacaq.
Teleqraf.com xəbər verir ki, Məlahət Abbasova ATV telekanalı ilə əməkdaşlıq edəcək. “Xoş söhbətlər” adlanan veriliş sentyabrdan efirə gedəcək.
Artıq proqramın çəkilişlərinə başlanılıb. Onun ilk qonaqları arasında “Təhminə” filminin aktrisası Meral Konrat da yer alıb.
Xatırladaq ki, Məlahət Abbasova ən çox Türkiyənin “1001 gecə” serialındakı Mehriban və Azərbaycanla Türkiyənin birgə istehsalı olan “Mahmud və Məryəm” adlı tarixi filmdəki Qəmər Banu rolu ilə tanınır.