2 Sentyabr 2017 15:28
2 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərimin ayağını da, başını da yuyaram. O, mənim həyat yoldaşım, uşağımın atasıdır. Bunda nə var ki? Qadınlar, məni yanlış başa düşməsin, biz yaxşı və pis gündə birlikdəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış müğənnisi Kibariyə Qurban bayramı ilə əlaqədar keçirilən konsertdən sonra jurnalistlərə açıqlamasında deyib.

Heç vaxt çimərlik geyimində paparazilərə yaxalanmayan ifaçı həyat yoldaşının qıcqanc olmadığını, sadəcə özünün bu cür həyat tərzinə üstünlük verdiyini söyləyib: “Evdə hər ikimizin sözü keçir. Təzyiq olsa, yuva yıxılar. Mən həyat yoldaşım və ailəmlə qürur duyuram”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər