5 Avqust 2014 15:22
14 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın sinəsi hər zaman əks cinsin nümayəndələrinin diqqət mərkəzində olub… Bəs onların ağlını başıindan almaq üçün doğru büstqalteri necə seçmək lazımdır?

Bir çox qadın bədəninə uyğun büsthalter seçə bilmədiyi üçün təəssüf ki, səhv ölçülü büsthalterdən istifadə edir. Bu isə təhlükəlidir və hətta müəyyən xəstəliklərə də səbəb ola bilər.

Biz bu mövzuda bəzi məlumatları sizinlə paylaşmaq istədik.

Ölçülərinizi təyin edin və çıxan nəticəyə görə doğru büsthalterdən istifadə edin... Bu ölçünü sinənizdə meydana gələcək şişlik və gərginlikdən təsirlənməməsi üçün menstruasiya olmadan bir neçə gün əvvəl yoxlayın. Bunun üçün yumşaq, parça metrəyə ehtiyacınız olacaq. Çılpaq olarkən etsəniz, doğru ölçüləri taparsınız.

Büstqalter ölçüsünü bilmək üçün iki əsas ünsürə fikir vermək lazımdır.

Biri bədən ölçünüz, digəri döş ölçünüzdür. Bədən ölçünüz bədənin böyüklüyünü, döş ölçüsü isə döşlərin böyüklüyünü bildirir. Büsthalterinizin döş altını saxlayan arxa lenti yerə və kürəyinizə paraleldirsə, istifadə etdiyiniz paltar doğru bədən ölçüsünə malikdir. Döş ətrafınızın ölçüsünü bilmək üçün metrəni döşünüzün altından döş qəfəsinə dairəvi şəkildə dolayın. Metrənin döşlərin altından və kürəyinizdə düz, üfüqi bir xətt meydana gətirəcək şəkildə keçməsinə diqqət edin.

Məsələn, bədəninizin çevrə ölçüsü 76-dırsa, 80 ölçülü büsthalterdən istifadə etməlisiniz. Büsthalter ölçüləri 5 sm-lik vahidlər halında artdığına görə, əsas vahid bir ölçü artıq alınmalıdır.

Döş altı dairəsin büsthalter ölçüləri

70 sm. və altı 70
71-75 sm. arası 75
76-80 sm. arası 80
81-85 sm. arası 85
86-90 sm arası 90
91-95 sm. arası 95
96-100 sm. arası 100 ...

Büsthalterin döş ölçüsünü necə taparıq?

Metrəni yenə kürəkdən önə doğru, ancaq bu dəfə döşlərinizin ucundan (üstündən) keçəcək şəkildə dolayın. Alınacaq ölçü, birinci mərhələdə əldə edilən döş altı çevrə ölçüsündən daha çox uzunluqda olacaq. Bu fərq döş ölçüsünü verir.

Döş ölçüsünün fərqi

6.5 sm-dən kiçikdirsə- A
6.5-13 sm. arası- B
14 - 19.5 sm. arası -C
19.5-26 sm. arası- D
26 sm-dən böyükdürsə DD ...

İndi əldə etdiyimiz nəticələrə baxırıq. Məsələn, döş altı çevrənizin ölçüsü 73 sm-dir. Bədən ölçüsünə baxırıq. 71-75 sm. arası 75 ölçüdür. Sonra döş ucundan ölçdüyümüz ölçüyə baxırıq, məsələn, 85 sm alındı. İki ölçü arasındakı fərqi hesablayırıq. 85-73=12 sm.. Baxırıq, döş ölçüsünün fərqi 6.5- 13 sm arası olsa, döş ölçüsü B olur. Yəni o zaman bu ölçülərə görə büsthalterölçüsü 75 B-dir.
Ən doğru büsthalter seçimi döş altı və üstünün ayrı-ayrı ölçülməsiylə tapılır.

Addım 1. Əvvəlcə döşünüzün altını ölçün.

Addım 2. Sonra döşün ən yüksək qismini ölçün.

Addım 3. Bu yazıdakı hesablamaya baxın, doğru büsthalter ölçünü hesablayın.


Müəllif:

Oxşar xəbərlər