Əməkdar artist Elza Seyidcahan hərbi xidmətdən yayınanlardan danışıb
Müğənni səfərbərlik olarsa, oğlunu da cəbhəyə göndərəcəyini deyib:
“Səfərbərlik olsa, oğlumu da cəbhəyə göndərəcəm. Hətta lazım olsa, özüm də gedəcəm. Vətəni sevən əsgər getməkdən qorxmamalıdır. Bu, hər bir azərbaycanlının borcudur. O ana xoşbəxtdir ki, oğlu vətən uğrunda şəhid olur. Göz yaşı töksək də, bu, Allahın yazısıdır. Sosial şəbəkələrdə bir-birlərinin ünvanına təhqirlər yazanlara əsəbləşirəm. Axı bu bizə yaraşmaz. Mən övladı əsgər getməsin deyə oğlunu gizlədənlərdən deyiləm”.
/axşam.az/