Türkiyəli aktyor Əmrə Kınay ticarət mərkəzləinin birində heyranları ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, çəkiliş xatirələrini danışan Kınay bildirib ki, dublyor kirayəsi baha olduğuna görə heç vaxt bu xidmətdən istifadə etməyib: “Buna görə də 12 əzələ yırtığım var. "İlan hekayəsi”ni çəkərkən Məhmət Əli Altla 3-ci mərtəbədən 1-ci mərtəbəyə tullandıq. Kürəyimin sağ hissəsindən xəsarət aldım”.
O, həmçinin ötən il Sibel Canla birlikdə rol aldığı "Sevdanın bağçası” serialından da söz açıb: “Keçən il bir səhv etdim. Yanlış qərar verdim. Məni razı salamayan bir serialda çəkildim…"