29 Avqust 2018 07:55
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı məşhurların türkiyəli ulduz sənətçilərlə birlikdə baş rol aldığı “Milyonluk kuş” filminin Bakıda qala gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, “Artlemma” film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev ilə Dilarə Əliyeva rol alıb.

Ondan əlavə Aysel Nazim, Nofel Şahlaroğlu, Qurban Məsimov da sözügedən filmdə öz rolları ilə fərqləniblər. Filmin ssenarisi Təvəkkül Mehrəliyevə aiddir. “Milyonluk Kuş”un qala gecəsi Bakıda oktyabrın 3-ü baş tutacaq.

Film haqqında danışan Müşviq Şahverdiyev deyib ki, filmdən gözləntiləri çox böyükdür: "Bəli, bu filmimiz işıq üzü görür. Bu iş mənim üçün tam fərqlidir. İlk dəfə ölkədən kənarda rol aldım. Həmin filmdə Türkiyənin tanınmış aktyorları ilə rol almışam. Sözügedən filmdə oynamağı mənə dostumuz Təvəkkül T Mehrəliyev təklif etdi. Filmdə qardaş ölkənin çox məşhur simaları yer alsa da, film tam bir Azərbaycan filmidir."

Filmin prodüsseri və ssenaristi Təvəkkül T Mehrəliyev də filmdən çox böyük uğur gözlədiyini dilə gətirib: "Artıq hər şey hazırdır və gün sayırıq. Oktyabr ayının 4-ündən etibarən, yeni bir Azərbaycan filmini izləyicilərə təqdim edəcəyimiz üçün həyəcanlıyam. İnanıram ki, filmimiz Azərbaycanımızın hər bir bölgəsində maraqla qarşılanacaq və yüksək rəy alacaq".

Qeyd edək ki, "Milyonluk Kuş" filmi, öz hekayəsi və çəkim keyfiyyəti ilə, indidən bir çox kinoşünas tərəfindən müsbət qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər