25 Sentyabr 2018 13:23
3 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayev həmkarı Səməd Səmədova “Getmə” adlı mahnı hədiyyə edib.

Bu barədə Teleqraf.com-a açıqlamasında Səməd Səmədov deyib.

Səməd Səmədov bildirib ki, bu hədiyyə onun üçün çox dəyərlidir: “Tanıyanlar bilir ki, dünya malında gözüm yoxdur. Həyatın hər üzünü görmüş insanam. Mənim üçün göstərilən diqqət daha önəmlidir. Sənət dostum Ağadadaşın bu hədiyyəsi mənə maşından, evdən də bahalıdır. Müğənni üçün ən gözəl hədiyyə elə mahnıdır”.

Xalq artisti əlavə edib ki, sözləri Baba Vəziroğluna, aranjimanı Osmana məxsus bu bəstəyə klip də çəkdirib: “Düşünürəm ki, mahnıya uyğun bir klip alınıb. Necə alındığına sonda tamaşaçılar qiymət verəcək”.

Qeyd edək ki, ekran işinin rejissoru Arzu Abbasovadır.


Müəllif: Aygül Qarayeva