Son günlərdə etdirdiyi döymə ilə gündəmi zəbt edən azərbaycanlı model Naz Mila Türkiyə ilə yanaşı ingilis mediasında da gülüş obyektinə çevrilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda bədəninə ingilis dilində etdirdiyi döymədə edilən səhvlər 27 yaşlı modelin "Daily Mail" və "The Sun" qəzetlərində lağa qoyulmasına səbəb olub.
İnstaqramda 850 min izləyicisi olan Nazın döyməsində “Yalnız Tanrı mənim doğrularımı və yanlışlarımı mühakimə edə bilər” yazdırmaq istəsə də, ingilis dilini bilmədiyindən “Tək
Tanrını mən səhvlərim və səhvlərimlə mühakimə edə bilərəm” formasında anlaşılmaz bir ifadə yazılıb.