7 Noyabr 2018 18:28
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nahidə Orucova mərhum xalq artisti Nuriyyə Əhmədovanın bacısı Sevil Mikayılovanın onun barəsində dediyi sözlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, aktrisa “Səhər-səhər” verilişində mərhumun bacısına bu sözləri ünvanlayıb:

"Ona ev vermişəm, deməmişəm. Nuriyyə xanım sadəcə mənim yanımda qalanda sakit olurdu. Ona görə, illər boyu mənim evimdə yaşayıb. Mən harada yaşamışamsa, o, hər dəfə həftələrlə, aylarla mənim yanımda qalırdı. Yanıma gəlin və mənimlə üz-üzə bu söhbəti edin. Siz orada niyə arxamca danışırsız? Düzgün deyil.

Mənim yaşım çatmır sizə nəsə deyim. Özümə alçaqıqlıq sayaram ki, özümdən böyüyə söz deyərəm. Xahiş edirəm, danışığınızı bilin. Bacıma demədiyim sözləri, oturub Nuriyyə xanıma demişəm.

Heç vaxt “Nuriyyə gəlib mənim evimdə qalıb” demərəm. Həmişə demişəm, mənim yanımda qalıb. Onun borcundan xəbərim var idi. Hətta o borcu sizdən istəməmişəm. Borcu özüm həll etdim”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər