Azərbaycanlı müğənni Rahidə Baxışova atasının illər əvvəl itkin düşdüyünü deyib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə 5/5" verilişinin "Unuda bilmirəm" verilişində danışıb.
O, 28 ildir atasını axtardığını söyləyib: "10 yaşımda itirdim atamı. 1990-cı il idi, getdi və qayıtmadı. Nə ölüsünü, nə də dirisini tapdıq. Anası, atası, qardaşları, biz çox axtardıq, amma tapmadıq. Düşünürəm ki, dünyasını dəyişib.
Həyatda olsaydı, mütləq bizi axtarardı. Onun qızı tanınmışdır, axtarardı. Həmişə onun ruhuna dualar edirəm. 20 Yanvar hadisələri ərəfsində itdi. Anam xəstəxanalara, morqa getdi, alınmadı.
Anam 4 uşağı saxlamaq üçün 4 yerdə işləyirdi. Bağçada, ofisdə yemək bişirirdi".