"Dörd gün dəniz kənarında qaldım. Həsrətlə onun cəsədinin tapılmasını gözləyirdim”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Şou ATV" verilişində qardaşının ölümü barədə danışarkən deyib:
“Qorxurdum ki, tapılmaya. Həmin qorxudan sonra şəkər xəstəliyi tapdım. İki gün tapılmadı. Üçüncü gün dalğıc paltarı geyinib özüm suyun altına girdim, amma tapmadım. Dördüncü gün cəsəd özü üzə çıxdı".