Müğənni Kərim Abbasov imici barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, o, “Hüseynova bacıları” verilişində bildirib ki, Azərbaycan şou-biznesində ilk dəfə saqqalla səhnəyə çıxan ifaçıdır: “Bilin və yadınızda saxlayın. Azərbaycan şou-biznesində ilk saqqallı müğənni mən olmuşam. O vaxt saqqal saxlayanı qınayırdılar. Hətta buna görə atamla aramızda qırğınlar olub.
Atam deyirdi ki, saqqalını qırx. Amma mənə yaraşırdı. Bu aləmə saqqalı mən gətirmişəm”.