Azərbaycanlı müğənni Elmira Ələkbərzadə sosial şəbəkədə oğlu Davidin fotolarını paylaşıb.
Bu yaxınlarda yeni “Sevgi həsrəti” adlı klipini mediaya təqdim edən ifaçı Teleqraf.com-a bildirib ki, sənətindən savayı ailəsinə də vaxt ayırır:
“Sənətlə və ailə həyatı ilə eyni anda məşğul olma çətin olsa da, mən bunun öhdəsindən gəlirəm. Həyat yoldaşım da mənə dəstək olur. Çalışıram ki, övladımı layiqincə böyüdüm”.
Qeyd edək ki, Elmira Ələkbərzadə 2013-ci ilin fevral ayında Emil adlı bəylə ailə qurub. Onun ailə qurduğu şəxs aşpazdır.
Cütlüyün bu evlilikdən bir övladı var.