Ötən gün "Maşın şou”dan iki iştirakçı uzaqlaşdırılıb.
Teleqraf.com-un məlumatına görə, bu dəfə səsverməyə reper Ramil Nabran çıxıb.
Sonda 41,53 faiz səslə Nabran özü evə getməli olub. O, şounu tərk edərkən iştirakçılarla görüşüb. Dilarə Kazımova ilə sağollaşan zaman ifaçı bilmədən əlini maşından çəkib.
Beləliklə, bir gündə 2 iştirakçı oyundan uzaqlaşıb. Bununla da finalın vaxtı yaxınlaşıb.
Hazırda şouda 5 iştirakçı var. Bunlar müğənni Səmra Rəhimli, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.