29 Avqust 2014 12:41
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyalı model Rusmarin de Kok ABŞ-ın Nyu-York şəhərində mağazadan oğurluq edərkən polis tərəfindən yaxalanıb.

Balıq yağı və üç şokolad oğurlamaqda günahlandırılan 19 yaşlı model hakim qarşısına çıxıb. Gözəl model ittihamları rədd edib. Onun vəkili müvəkkilinin həmin qidaların çantasında olduğunu unutduğunu, əslində oğurluq niyyətinin olmadığını bildirib.

Qeyd edək ki, model bu vaxta kimi “Vogue”, “Elle”, “Urban Outfitters” kimi məşhur jurnalların üz qabığına çıxıb. Gənc modelin yaxın vaxtlarda baş tutacaq “Mercedes-Benz Moda Həftəsi”ndə də podium çıxacağı gözlənilir.

Tabloid.az


Müəllif:

Oxşar xəbərlər