19 Fevral 2019 16:55
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Hüseynova bacıları” proqramının budəfəki qonağı müğənni Nadir Qafarzadə olub.

Teleqraf.com xəbər verir ki, müğənni proqramda göz yaşları içində xətrinə dəydiyi insanlardan üzr istəyib:

“Yaşımın üstünə yaş gələndə kövrəlirəm. Ola bilsin ki, kiminsə xətrinə dəymişəm. Kiminsə haqqına girdiyim, haram yediyim yadımda deyil. Həmişə deyirəm ki, Allah, məni vaxtsız dünyadan aparsan, heç kim məndən incik qalmasın. Bu vaxta kimi kiminsə xətrinə dəymişəmsə bağışlasınlar məni. Zamansız ölüm gəlir. Bilmirsən, nə vaxt öləcəksən. Kimsə məni bağışlamayıbsa, keçsin, Allah da bağışlayandır”.


Müəllif: Teleqraf.com