14 Mart 2019 22:43
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər".

Teleqraf.com-un məlumatına görə, bu sözləri müğənni Aysel Əlizadə barəsində səsləndirilən ittihamlardan sonra öz İnstaqram hesabında yazıb. İfaçı baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:

"Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səslənirilməsinin dayandırılmasını, həmçinin təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.

Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. 3 gündür Vətəndən uzaqda olsam da, mənim üçün çox narahat oldunuz. Bu olanlar məni ruhdan sala bilməz, əksinə daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəm".

Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtdığını iddia etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər