16 Aprel 20:29
214

Amerikalı aktrisa Ancelina Coli-Pitt rəsmi soyadını dəyişərək, yenidən Coli olub.

Teleqraf.com xəbər verir ki, aktrisanın əvvəlki soyadını qaytarması xəbəri 43 yaşlı Coli ilə 55 yaşlı Bred Pitt arasında boşanma prosesinə baxan məhkəmənin sənədləri əsasında məlum olub.

Hollivud ulduzları arasında boşanma rəsmən aprelin 15-də yekunlaşıb. Bununla belə, keçmiş cütlük əmlak bölgüsü və altı uşağın himayəsi məsələsi ilə bağlı tam razılığa gəlməyib.

Coli və Pittin ayrılması xəbəri ilk dəfə 2016-cı ilin payız aylarında mətbuata sızıb. Cütlük 2014-cü ilin avqust ayında nikaha daxil olub. Ona qədər 10 ilə yaxın birgə yaşayıblar.


Müəllif: Teleqraf.com