11 Sentyabr 2014 12:15
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ada” rok qrupu konsert verəcək

Gövhər Həsənzadənin yaratdığı “Ada” rok qrupu konsert verəcək.

Bu barədə Teleqraf.com-a açıqlama verən bəstəkar ilin sonuna kimi albom hazırlıqlarının başa çatacağını bildirib:

“Hazırda gərgin iş rejimindəyik. Bu ay qrup böyük bir layihə çərçivəsində yarım saatlıq solo konsert verəcək. Çox həyəcanlıyıq. İlin sonuna kimi buraxmaq istədiyimiz albom üçün mahnılar hazırlayırıq. Hətta ola bilər ki, bu ay qrupun yeni studiyasını da açıq elan edək”.

Bəstəkar qrupun gələcəyinə ümidli olduğunu dilə gətirib:

“Azərbaycanda savadlı rok musiqinin dinləyicisi çoxdur. Həqiqət, çağırış, düşüncə, ritm, dinamika, hayqırtı musiqisi olan rok bu günki Azərbaycanımıza çox yaraşır. Ən azından torpaqlarımızın işğalı ilə bağlı apardığımız mübarizə, dinamik inkişafımızla biz dünyanın diqqətini özümüzə cəlb edə bilmişik. Rok musiqisi də bu mənaya xidmət edir. Azərbaycanda yetərincə peşəkar, savadlı rok musiqinin dinləyicisi çoxdur. “Ada” hələ ki, dünya ulduzlarının musiqilərini ifa edir. Çünki biz indi heç kimə bəlli olmayan, yad ideyaları gerçəkləşdirməyə çalışsaq tamaşaçı bizi qəbul etməyəcək. Bu tədricən baş verəcək. Əgər tamaşaçı roku dünyadan qəbul edirsə, bizdən də edəcək. Mən hər şeyin sanballısının və möhtəşəminin tərəfdarıyam. Ağır roku heç sevmirəm. Və “Ada”da ağır rok olmayacaq. Ağır rokçular dünyaya etiraz edib, qara qüvvələrə yönəlirlər. Belə etiraz musiqisini heç vaxt qəbul etməmişəm. Bilirsiniz, yoluxucu xəstəliyə tutulan insanlar bunu başqalarına da yaymağa çalışırlar. Əgər biri həyatın qanunlarına uyğun yaşamırsa, başında problem varsa, o istəyir ki, ondan çox olsun, ona dəstək verənlər çoxalsın”.

Nərmin

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər