Əməkdar artist Nüşabə Ələsgərli qızı Nigarın nişanlısı Gino haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, müğənni 5/5 verilişində gələcək kürəkəni barədə bu sözləri deyib: “Qızımın nişanlısı türkdür, Belçikada yaşayırlar. Bizim orada tanışlarımız var. Ailə dostumuzun yanına getmişdik. Qızımı orada gördü və əl çəkmədi.
Belçikada restoranı var. Harada yaşamısandan asılı olmayarq əsas odur ki, xoşbəxt olsun. Toy yayda olacaq”.
Qeyd edək ki, Nüşabə Ələsgərlinin qızı Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. İfaçı kürəkəninin aşpaz olduğunu demişdi.