3 Fevral 2020 15:53
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən ev qızı olan vaxt idi, onda müğənni deyildim. Bir uşağımla boşanıb, evə gəlmişdim. İnanırsınız, qohum-əqraba adam yerinə qoyub, toya da çağırmırdılar. O kasıbdı, kimə lazımdır? Amma pullanandan sonra sənsiz qız vermirlər. Zəng edirlər ki, o, hansı restoranda toy edək. Deyirəm, məndən əl çəkin. Əksinə, o vaxt yaxşı idim, indi yaxşı qız deyiləm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Ona qalsa” verilişində müğənni Afət Fərmanqızı deyib.

Oğluna qız axtaran müğənni etirafı ilə də təəccübləndirib: “Oğlum üçün qızlar var. Ona deyirəm ki, gedək kəndimizdən filankəsin başı aşağı qızı var. Kasıb ailədir, onu alaq, heç nəyi də lazım deyil. Səni də çox sevsin. Mən çox gözüaçıq, İntaqram istifadə edən qız istəmirəm”.


Müəllif: Rəqsanə Həsənova