Türkiyənin məşhur aktyoru Cem Yılmaz sevgilisi Serenay Sarıkaya ilə ilk dəfə birlikdə görüntülənib.
Teleqraf.com xəbər verir ki, Cem Yılmaz ilə Serenay Sarıkaya ilə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Cem Yılmaz aktrisa ilə münasibəti haqda “Hər şey çox gözəldir və xoşbəxtik” deyə cavab verib.
Aktyor daha sonra sevgilisinin gözlərinə baxaraq zarafatla “Bu günə qədər mən əsəbi, Serenay sevimli olduğu halda bundan sonra mən sevimli, Serenay əsəbi olacaq” deyib.
Cem Yılmaz sevgilisi üçün Yalının “Küçücüğüm her şeyim” mahnısını da səsləndirib.
Aktyor sonda keçmiş sevgilisi Defne Samyeli ilə bağlı sualları cavablandırmayıb.