Türkiyəli müğənni İbrahim Tatlısəsə qarşı dələduzluq edilib.
Teleqraf.com xəbər verir ki, İbrahim Tatlısəs sahib olduğu "Tatlıses Gıda" adlı şirkətində çalışan iki müsahibi tərəfindən zərərə uğrayıb.
Onlar vəzifələrindən sui-istifadə edərək sənətçini milyonlarla pulunu mənimsəyiblər. İfaçının vəkili Hayati Şahin hüquq-mühafizə orqanlarına şikayət edib.
Hadisə ilə bağlı istintaq işi başlayıb.