Dünya ulduzu Rihanna koronavirusa yoluxan atası Ronald Fentiyə tənəffüs aparatı göndərib.
Teleqraf.com xəbər verir ki, Rihannanın 66 yaşlı atası evdə müalicəsinə davam edir.
Ronald Fenti "The Sun" qəzetinə müsahibəsində Rihanna haqqında bu sözləri deyib: "Qızım hər gün mənə nəzarət edir. Mən ölmək üzrə idim. Səni çox sevdiyimi deməliyəm, Rihanna. Mənim üçün çox şey etdin. Sənə minnətdaram".
Rihanna ümumilikdə Barbarosda yerləşən xəstəxanalara 700 min dollarlıq tənəffüs aparatı bağışlayıb.
Qeyd edək ki, Rihanna bir müddət əvvəl atası Ronald Fentiyi onun şöhrətindən istifadə etdiyi üçün məhkəməyə vermişdi.