Məşhur aparıcı Mətanət Əliverdiyeva Daxili İşlər naziri Vilayət Eyvazova təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib: "İlk öncə Daxili İşlər naziri Vilayət Eyvazova təşəkkür edirəm.
Siz möhtəşəm struktur yaratmısınız. Yollarda postlar qurulub, yoxlanış gedir.
Bu əmim qızıdır, filankəs əmim oğludur və sair keçmir. Hər kəsin sənədi yoxlanır və rahat şəkildə yola salınır. Biz insanlara təbəssüm lazımdır. Heç olmasa polislərin üzünə gülək ki, onlara da xoş olsun".