Xalq artisti Məleykə Əsədova bu gün ad gününü qeyd edir.
Xalq artisti Teleqraf.com-a ad günü təəssüratlarını bölüşüb: "Şükür edirəm Allaha, bu yaşı mənə qismət etdi.
Həmişəki kimi saat 12-dən sonra təbriklər başladı. Həddindən artıq təbrik edənlər var. Hətta tamaşaçılarımdan evimə gül, tort gətirənlər də oldu.
Bu, sevindirici haldır, 31 ildir eyni şöhrəti yaşayıram. Olduqca çox təbriklər var, buna görə tamaşaçılarıma minnətdaram. Qızım Gülər üç gün əvvəldən təbrik etməyə başlaylb. İlk dəfə mənim üçün balaca tort bişirdi və çiçək aldı. Mənim üçün ürək şəkli düzəldib, ürəyin içində də iki ürək. Yəni ki, mənim ürəyimin içində onun ürəyi. Çox xoşuma gəldi.
Təbriklər məni çox sevindirir. Ən çox ona görə sevinirəm ki, öz şöhrətimi saxlayıram. Eyni tamaşaçı sevgisi görürəm. Gül-çiçəklər, alqışlar... Allah bu tamaşaçı sevgisini mənə çox görməsin və Allahıma şükürlər edirəm ki, mənə bu yaşı da görməyi nəsib elədi".