Mərhum xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri yazıb: "Sənin haqqında heç vaxt "öldü" ifadəsini qəbul edə bilmədim, canım atam! Ona görə də "tərk etdi" ifadəsini işlədirəm.
"Ölüm" sözü sənə heç yaraşmadı. Həm də axı sən ölməmisən, mənim qəlbimdə yaşayırsan. Düz 40 gün öncə 16 mart... O tarix mənim qəlbimdə yara olaraq qalacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər mənim dünyam söndü.
Yoxluğundan istifadə edib bilib-bilmədən danışdılar. Əslində buna çox təəccüb etmədim. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behişt olsun, ata. Sən mənə demişdin ki, qızım, güclü ol. Çünki sənin qızınam. Sənə söz verdiyim kimi olacam ölməz, əfsanəvi atam".
Qeyd edək ki, xalq artisti Brilliant Dadaşova sosil şəbəkədə Rafael Dadaşov haqqında bu sözləri demişdi:
"Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər".