Bir neçə məşhur müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallının həbs edilməsinə münasibət bildiriblər.
Teleqraf.com məşhurların sosial şəbəkədəki paylaşlarını təqdim edir:
Əməkdar artist Nərgiz Cəlilova: "Əziz Gülay Zeynallı, Allah dualarını qəbul eləsin".
Müğənni Xatirə İslam: "Həbs xəbərinə gözlərim doldu, Allah köməyi olsun".
Rejissor Kənan M.M: "Allahım həbsdə olan dostumun ailəsinə, sevənlərinə səbr versin!"
Prodüser Tarix (Tolik) Əliyev: "Mən də çoxları kimi bu xəbərə üzüldüm. Amma düşünürəm ki, on gün uzun müddət deyil. Allah Kamilə can sağlığı versin. Tez bir zamanda balasına qovuşmağı diləyirəm".
Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğuna görə 10 sutka həbs edilib.