19 May 2020 21:38
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova prodüser Tarix(Tolik) Əliyevin aparıcılığı ilə yutubda yayımlanan "Tolik ilə səmimi" verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki,
Brilliant Dadaşova Tarix Əliyevin "Şou-biznesdə dostluq etdiyiniz həmkarınız varmı?" sualına belə cavab verib: "Kənardan dost kimi görsənə bilərlər. Sən insanlara qəlbini açırsan və onun müqabilində başqa hərəkət görəndə başa düşürsən ki, özünü o cür insanlardan qorumalısan. Dost ona deyirəm ki, evinə gedib-gəlirsən. Yoxsa ki, televiziyada gəlib yanında duranda, yox.

Zülfiyyə Xanbabayeva rəfiqəmdir, institutda da birlikdə oxumuşuq. Biz həmişə bir yerdə olmuşuq. Elə vaxt olub ki, ürəyimdə olan sözü də Zülfiyyə xanıma zəng edib, demişəm".

Aparıcının "Sizin Zülfiyyə Xanbabayeva ilə danışmadığınız insanlar da eynidir. Hansı ki, demisiniz ki, ölənə qədər o insanı bağışlamayacaqsınız" sualına isə "Ölənə qədər bağışlamaram dediyim insan bir nəfərdir. O da ata-anama söymüşdü. Zülfiyyə də həmin şəxsdən valideynlərimi söydüyünə görə uzaq gəzir.
İnsanın mərhum valideynini söymək olmaz. O, insan anama söyəndə ağlıma da gəlmədi ki, deyim sənin anandır. Çünki ana o qədər müqəddəsdir ki. Anamı elə bir yaşda itirmişəm ki... Elə insanlar təsadüfən sənətə gəlirlər. Biri var səhnə üçün doğulmuş insanlar, biri də var ki, hansısa yolla səhnəyə gələnlər.
Bir insan haqda demişəm ki, mən olan yerdə heç vaxt olmayacaq. O da valideynlərimi söydüyünə görədir. Məsələn, danışmadığım insanlar var. Onlar mənim olduğum konsetdə də, toyda da iştirak edirlər.

Sən İlhamə Quliyeva üçün mənə zəng edəndə dedim ki, mənim xarakterimə ziddir.

Bəzi müğənnilər bir-birinin üzünə tüpürürlər, sabah sponsor, pul xətrinə tüpürdüklərini yalayırlar, qucaqlaşırlar. Necə üzləri gəlir, o qədər təhqirdən sonra bir-birini qucaqlamağa. Mənim üçün belə bir hal olmaz".

Brilliant Dadaşova polkovnik Hacı Məmmədov haqqında da danışıb: "Bu işlə əlaqədar olaraq hökümətimiz bir dəfə də olsa mənə sual vermədi. Çünki çörəyi qulağına yemir.
Hökümət hər şeyi çox gözəl bilir. Amma İlhamə Quliyeva kimi insanlar, inanıram ki, nahaq dünyasındadır, çünki həmişə nahaq danışıb.

İlhamə Quliyeva və onun ətrafı məhz o adamın adını mənim yanımda çəkirdilər.
Balaca vaxtı İlhamə Quliyevaya qulaq asmışam. Onun üçün ürəyim gedirdi. Televiziyada İlhaməni izləyirdim. Onu o qədər çox istəmişəm. Həmişə tərifləmişəm və o isə həmişə məni pisləyib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər