Koronavirusa yoluxduğu haqqında xəbər yayılan əməkdar artist Bəhram Bağırzadə İnstaqramda canlı yayım açıb.
Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə karantində olduğunu deyib: "Üç-dörd gün karantində olacam. Hər şey yaxşı olacaq.
Əgər düsünürsünüz ki, koronavirus yoxdur, səhv edirsiniz. Özünüzü qoruyun. Karantində çoxlu xəstələr gördüm".
Əməkdar artist haqqındakı şayiələrdən də danışıb: "Belə bir ssenari yazırlar, kimsə pul götürür ki, koronavirusu Azərbaycanda reklam eləsin. Biz pulu elə qazanmırıq. Çoxları mənə nifrət edir. Kimin məndən zəhləsi gedirsə, onları da sevirəm".
Qeyd edək ki, bir neçə gün öncə Bəhram Bağırzadənin koronavirusa yoluxduğu haqqında xəbər yayılmışdı. Əməkdar arist isə "Temperaturun yüksək olması virusa yoluxmaq demək deyil" deyərək haqqındakı məlumatı təkzib etmişdi.