Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.
AzTV-dən Teleqraf.com-a verilən məlumata görə, Mübariz Aslanovun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Mübariz Aslanov sosial şəbəkədə bu sözləri qeyd edib: "Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Elin və zamanın gözü tərəzidir”.