25 İyun 2020 14:30
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq aristi Brilliant Dadaşova haqqında şayiə yayanlara ismarış göndərib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda arxiv videosunu paylaşaraq maraqlı qeyd yazıb.

"1990-cı il Brilliant Dadaşovanın 20 Yanvar hadisələrinə mərd etirazı...Bu musiqini həsr edirəm, siçan deşiyində gizlənib, qadın haqqında qondarma hekayə uyduranlara... Azərbaycan bayrağı qarşısında oturub dedi-qodu uydurmayın. O bayraq uğrunda biz özümüzü və karyeramızı məhv etməkdən qorxmadıq", - deyə qeyd edib.

Xalq aristi başqa bir paylaşımına isə bu sözləri yazıb: "Dahi Mirzə Ələkbər Sabir onların cavabını çoxdan verib, Aşiqik ancaq quru, boş söhbətə! Kim nə deyər bizdə olan qeyrətə".


Müəllif: Rəqsanə Həsənova