29 İyun 2020 17:29
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Real TV-də qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, qarşılaşdığı çətinliklərdən danışıb: "Çox ağır vəziyyətdən keçmişik. Oğlumuz onda balaca idi. O vaxt həyat yoldaşım Rus Dram Teatrının direktor müavini idi. İkimiz əl-ələ verib ailə büdcəsini idarə etməyə çalışırdıq".

Xalq artisti son zamanlar sosial şəbəkədə əleyhinə aparılan böhtan kampaniyasına da münasibət bildirib: "Fikirləşirəm ki, xalqımıza qarşı informasiya müharibəsi gedir. Əgər xalqımız diqqətlə, məntiqlə baxsa bilər ki, bu, onun özünə və ziyalılarımıza qarşı hücumdur. Gənclərimizin çoxu görməlidir ki, bayrağımızın qarşısında durub çox iyrənc, əsassız şər-böhtanlar yayırlar. Ümumiyyətlə, heç bir kökü olmayan söhbətlərdir".

Brilliant Dadaşova aparıcının "Buna qarşı hansı addımları atırsınız?" sualına cavabda deyib ki, əslində, millət olaraq belələrini boykot etməliyik: "Mənim yutub kanalından o qədər də anlayışım yoxdur. Hərdən mənə nəsə göndərirlər, yaxud qarşıma çıxır. Şərh hissəsinə yazıram. Başqa millətin nümayəndələri xaricdə oturanda diaspora qururlar, öz xalqının yazıçısını, xalqını, müğənnisini və hətta dəxlisiz aktyorunu da dağın başına qoyur və tanıdırlar. Şər-böhtançılar bizdə də Azərbaycan dilində danışırlar, amma onların azərbaycanlı olduğun inanmıram.

Bir ara çox məyus olmuşdum ki, axı onları Azərbaycan anası dünyaya gətirib, azərbaycanlı ananın südünü içiblər. Süd onlara haram ola bilər. Kişi-kişiylə başqa cür mübarizə aparar. Bir qadına şər-böhtan ataraq kişi-kişiylə mübarizə aparmaz. Mənim tanımadığım kişilərlə mübarizə aparırsınızsa, bunun mənimlə nə əlaqəsi var?!

Onsuz da onlara heç nə olmur. Əlbəttə, bu söz-söhbət mənim əsəblərimə də toxuna bilər. Cavabını səhhətim hesabına erə bilərəm, amma o dünyada mütləq bunun cavabını alacaqlar".


Müəllif: Rəqsanə Həsənova