Müğənni-bəstəkar Murad Arifin bacısı, aparıcı Könül Arifqızı prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, Murad Arif sosial şəbəkədə bacısını təbrik edib:
"Bir Mahnının Tarixçəsi" layihəsi ilə Azərbaycan nəğmələrini araşdıran, mədəni irsimizi elmi iş səviyyəsində sənədləşdirən müəllif və aparıcı Könül Arifqızı "Tərəqqi" medalı ilə təltif edilib".