Əslən azərbaycanlı olan aktyor Tamer Qaradağlı ötən günlərdə Survivor yarışmasında iştirak edən Didem Ceran ilə birlikdə gəzərkən obyektivlərə yaxalanıb.
Teleqraf.com xəbər verir ki, özündən 14 yaş kiçik olan xanımla haqqında sevgili olduqları barədə şayiələr yayıldıqdan sonra cütlük dünən sosial şəbəkə hesablarında münasibətlərini təkzib ediblər.
Tamer Qaradağlı bildirib ki, bu, sadəcə iş görüşü olub: “Sevgili olmağımızdan söhbət belə gedə bilməz. İş yeməyində Didem Ceran ilə görüşdük, qızım Zeyno yanımda idi. Yayılan xəbərlər əsassızdır”.
Tamer Qaradağlının açıqlamasını sosial şəbəkə hesabında paylaşan Didem Ceran “Tamer Qaradağlı lazım olan açıqlamanı verib. Artıq bu mövzu haqqında sual verməsəniz sevinərəm”- deyə qeyd edib.